12 iyun 2024-cü il tarixində Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin WET-LAB bölməsinin müdiri t.ü.f.d. Əfəndiyeva Mətanət tərəfindən “Oftalmohipertenziya-qaranlıq məqamlar” adlı seminar keçirildi. Seminarın məqsədi oftalmohipertenziya diaqnozun qoyulması, differensial diaqnostikası və bəzi aydın olmayan məqamların müzakirəsindən ibarət idi. Ümumi olaraq, seminarda Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən və digər tibb müəssisələrindən 30 nəfər həkim-oftalmoloq iştirak etmişdir.