15 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Azərbaycan Qlaukomatoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Azərbycan Qlaukomatoloqların VI Konfransı prof. Elmar Qasımovun rəhbərliyi ilə illik ənənəyə sadiq qalaraq keçirilmişdir. Konfransı giriş sözü ilə t.e.d. Hicran Namazova və t.ü.f.d. Həsənov Cəmil açmışdılar. T.ü.f.d. Həsənov Cəmil Azərbaycan Qlaukomatoloqlar Cəmiyyətinin yaradılması barədə geniş məlumat vermişdir və cəmiyyətin internet saytını təqdim etmişdir.
Konfrans 4 hissədən ibarət idi. İlk üç hissədə yerli və xarici məruzəçilər maraqlı və innovativ məruzələrini təqdim etmişdilər. Konfransda dünya şöhrətli alim prof. Keith Barton (Böyük Britaniya) çıxış edib və öz təcrübəsi ilə bölüşmüşdür. İkinci ildir ki, dördüncü hissədə isə canlı cərrahiyyə nümahiş olunur. T.ü.f.d. Həsənov Cəmil tərəfindən canlı cərrahiyyə zamanı neovaskulyar qlaukoma xəstəliyi olan pasiyentə Paul qlaukoma drenajının implatasiyası müvəffəqiyyətlə aparılmışdır. Konfransda Bakı və Azərbaycanın müxtəlif regeonlarından 170 oftalmoloq iştirak etmişdir.