18.07.2020

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi.

17 iyul 2020-ci il tarixində mütəmadi olaraq hər ay keçirilən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi.

Toplantı (vebinar) Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə, alimlərlə birgə həyata keçirildi.

Vebinarda Akad. Zərifə Əliyeva adına MOM-dan, digər təşkilatlardan, regionlardan və Türkiyədən oftalmoloqlar iştirak etdi. Türkiyədən prof. Dr. Süleyman Kaynak, TCOD-un sədri Sunay Duman, prof. dr. Nilufer Koçak, prof. Dr. Levent Karabaş iştirak etdi.

Prof. Dr. Süleyman Kaynak və t.ü.f.d. Müşfiq Kərimovun moderatorluğu ilə keçirilən toplantıda 7 məruzə dinlənildi.

Toplantıda mütəxəssislər tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi. Məruzələr Türkiyədən toplantıya qoşulan prof. dr. Süleyman Kaynak,  prof. dr. Nilufer Koçak, prof. Dr. Levent Karabaş, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Müşfiq Kərimov “Silioretinal arteriyanın okklüziyası”, dr.  Ruslan Məmmədov “Vitrektomiya zamanı supraxorioidal qansızma”, dr. Tərlan Əliyeva “Gözdaxili yad cisim” və National Prime Hospitaldan dr. Əziz Mehdiyev tərəfindən “Lazer pointerin təsiri nəticəsində makula yanığı” mövzuları əsasında müzakirə edildi. Suallar və təkliflər səsləndirildi.