19-20 dekabr 2024-cü il tarixlərində Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi keçirilib.
Bu konqres, nevrologiya sahəsindəki son inkişafları müzakirə etmək, müxtəlif türkdilli ölkələr arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsini gücləndirmək məqsədini daşıyır. Konqresdə beynəlxalq ekspertlər, alimlər və həkimlər iştirak edərək nevroloji xəstəliklərin müalicəsi, erkən diaqnostika və digər aktual məsələlər barədə geniş təqdimatlar və müzakirələr aparıblar.
Konqresdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarından- T.e.d. Müşfiq Kərimov, t.ü.f.d. Mətanət Əfəndiyeva, t.ü.f.d. Naidə Nəsrullayeva və dr. Türkan Ağayeva iştirak ediblər.
Bununla yanaşı dr. Müşfiq Kərimov “Şəkərli diabet zamanı neyrooftalmoloji problemlər”,
dr. Mətanət Əfəndiyeva «Qlaukomanın neyroprotektiv müalicəsində mümkün perspektivlər” və dr. Naidə Nasrullayeva “Dağığnıq sklerozun erkən diaqnostikasında
neyrooftalmoloji müayinə” kimi maraqlı məruzələri təqdim etdilər.