23.09.2025

22 sentyabr 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tibbi aksiya keçirib.

22 sentyabr 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tibbi aksiya keçirib.
Aksiya zamanı institutun 75 nəfər əməkdaşı oftalmoloji müayinədən keçib. Müayinələr nəticəsində miopik astiqmatizm, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb, pasiyentlərə fərdi olaraq tibbi məsləhətlər və profilaktik tövsiyələr verilib.
Müayinələr Mərkəzin oftalmoloqları dr. Nərgiz Əhmədova, dr. Leyla Əliyeva və həkim-rezident Nuranə Ələkbərova tərəfindən aparılıb.
Tədbirdə həmçinin Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova və Səyyar Klinikanın sürücüsü Vasif Nəsirov da iştirak ediblər.