29.09.2025

23-24 sentyabr 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Azərbaycanın Milli Elmlər Akademiyasında tibbi aksiya keçirilib.

23-24 sentyabr 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Azərbaycanın Milli Elmlər Akademiyasında tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində 224 nəfər əməkdaş oftalmoloji müayinədən keçib. Müayinələr zamanı refraksiya patoloqiyaları, allergik konyunktivit, başlanğıc katarakta və digər göz xəstəlikləri aşkarlanıb və müvafiq tövsiyələr verilib.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Sona İbrahimova və həkim-rezidentlər dr. Nuranə Ələkbərova, dr. Nəzrin İsmayılova və dr. Dinara Makinskaya tərəfindən həyata keçirilib.
Tədbirdə həmçinin Səyyar Klinikanın baş həkimi Dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova və Səyyar Klinikanın sürücüsü Vasif Nəsirov da iştirak ediblər.