İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası 25–26 sentyabr 2025-ci il tarixlərində Şuşa və Ağdam rayonlarında tibbi aksiya həyata keçirib.
Aksiyanın əsas məqsədi azad edilmiş ərazilərdə çalışan əməkdaşların sağlamlığının qorunması, göz xəstəliklərinin vaxtında aşkarlanması, profilaktik müayinələrin aparılması və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması olub.
İki gün davam edən aksiya çərçivəsində 224 nəfər əməkdaş oftalmoloji müayinədən keçib. Müayinələr zamanı presbiopiya, miopiya, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb, pasiyentlərə müvafiq tövsiyələr verilib.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları dr. Lalə Məmmədova və dr. Emin Ərəbov tərəfindən aparılıb.
Aksiyada həmçinin Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin əməkdaşı Leyla Qurbanova və Səyyar Klinikanın sürücüləri Vasif Nəsirov və Vüsal Məmmədov iştirak ediblər.