28-30 mart 2025-ci il tarixində Tokionun Yaponiyanın şəhərində keçirilmiş Fuji Retina Konfransı böyük əhəmiyyət kəsb edib. Konfransda Azərbaycanı təmsil edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri olan t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Mirana Mirişova, dr. Vüsalə Məlikova və dr. Aytən Quliyeva iştirak ediblər.
Konfransda t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Mirana Mirişova və dr. Aytən Quliyeva tərəfindən “Torlu qişa reqmatogen qopmalarında modifikasiya olunmuş tikişsiz skleral plombun tətbiqi” adlı e-poster təqdim edilib.
Azərbaycan oftalmoloqları, öz təcrübə və biliklərini dünya miqyasında paylaşmaqla, digər ölkələrlə təcrübə mübadiləsi aparır və qlobal səhiyyə sahəsində mühüm rol oynayırlar. Bu növ beynəlxalq təcrübə və əməkdaşlıq, Azərbaycanın oftalmologiya sahəsində daha da irəliləməsinə və bu sahədə daha yüksək standartların təmin olunmasına kömək edir.