14.03.2025

28 fevral – 02 mart 2025-ci il tarixlərində Yunanıstanın Afina şəhərində 29-cu Qış Oftalmoloji Toplantısı keçirilib

Yunanıstanın Afina şəhərində 28 fevral – 02 mart 2025-ci il tarixlərində keçirilən 29-cu Qış Oftalmoloji Toplantısında dünyanın müxtəlif ölkələrindən oftalmologiya mütəxəssisləri bir araya gəlib. Tədbirdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri, t.ü.f.d. Mariyat Sultanova və dr. Gövhər Əliyeva da iştirak ediblər. T.ü.f.d. Mariyat Sultanova “Uşaqlarda göz daxili təzyiqlə fəsadlaşmış travmatik kataraktanın cərrahi müalicəsi” mövzusunda, dr. Rəvanə Həsənova isə “Azərbaycanda qohum nikahlardan doğulmuş uşaqlarda anadangəlmə kataraktanın xüsusiyyətlərinin klinik-oftalmoloji analizi” mövzularında hazırlanmış e-posterlərini təqdim ediblər. Bu təqdimatlar, müasir oftalmologiyada aktual məsələlərin müzakirə edildiyi və yeni tədqiqatların paylaşılmasında mühüm rol oynayıb.