5 iyun 2024-cü il tarixlərində ADY Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyası Dəmiryol Səyyar Klinika tərəfindən Tovuz şəhərində keçirilmişdir.
Tibbi aksiyanın əsas məqsədi Tovuz rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir.
Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemləri aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Gəncə filialının həkim-oftalmoloqu Əsgərov Elçin və tibb bacısı Məmmədova Nuranə tərəfindən həyata keçirildi.
Aksiyada Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və digər işçi heyəti iştirak etdi.