07.05.2026

5 may 2026-cı il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası Xocasən qəsəbəsində tibbi aksiya həyata keçirilib.

5 may 2026-cı il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində tibbi aksiya həyata keçirilib.
Aksiya çərçivəsində 100 nəfər müayinədən keçirilib. Tibbi aksiyanın əsas xidməti şəhid ailələrinin üzvləri, qazilər və aztəminatlı əhali üçün əlçatan, keyfiyyətli tibbi xidmətin təmin edilməsi olub. Səyyar oftalmoloji müayinələr vətəndaşların göz sağlamlığının vaxtında qiymətləndirilməsi, görmə problemlərinin erkən mərhələdə aşkar edilməsi və müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi məqsədilə təşkil edilib.
Aksiya çərçivəsində müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Dr. Lamiyə Həsənzadə, Dr. Nuranə Ələkbərova və həkim-rezident Dr. Ülkər Şükürova tərəfindən aparılıb.
Tədbirdə, həmçinin Səyyar Klinikanın baş həkimi Dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova və sürücü Vasif Nəsirov iştirak ediblər.