16.09.2024

6-10 sentyabr 2024-cü il tarixlərində İspaniya, Barselona şəhərində Katarakt və Refraktiv Cərrahlar Cəmiyyətinin 42-ci Avropa kongresi keçirilib.


6-10 sentyabr 2024-cü il tarixlərində İspaniya, Barselona şəhərində Katarakt və Refraktiv Cərrahlar Cəmiyyətinin 42-ci Avropa kongresi keçirilib.
Kongresdə bir çox ölkələrdən eləcə də Azərbaycandan oftalmoloq-alimlər iştirak edib.
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarından t.e.d. Müşfiq Kərimov, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Xalid Əliyev, dr. Sona İbrahimova, dr. Şahin Novruzlu, dr. Tərlan Əliyeva və dr. Vüsalə Məlikova iştirak ediblər.
Eyni zamanda t.ü.f.d. Mirana Mirişova (İris claw IOL in anterior chamber) və dr. Sona İbrahimova (Anterior chamber IOL) mövzüları ilə foto müsabiqədə iştirak ediblər.
Kongresdə həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvü t.ü.f.d. Fidan Ağayeva “Combined Cataract Surgery With Istent Inject Implantation Versus Cataract Surgery Alone In Patients With Open-Angle Glaucoma” mövzusu ilə çıxış etdi.