24.05.2024

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirildi.

May ayı ölkə oftalmologiyası üçün çox maraqlı yeniliklərlə yadda qaldı. Belə ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 8 may tarixində t.ü.f.d. Cəmil Həsənov tərəfindən dəfələrlə uğursuz buynuz qişa transplantasiyası keçirmiş xəstəyə yeni nəsil süni buynuz qişa Keratoprotez LUCIA transplantasiya edildi.
Daha sonra mayın 21-də dr. Cəmil Həsənov tərəfindən Molteno 3SS, Molteno 3SL və Paul qlaukoma drenajlarının implantasiyası həyata keçirildi.
Bununla yanaşı t.ü.f.d. Məhərrəmov Polad 2 əməliyyat və dr. Ramazanova Xuraman tərəfindən 1 əməliyyat uğurla icra edilib.
Əməliyyatların keçirilməsində dəstəyinə görə Mərkəzimizin rəhbərliyinə və bütün tibbi personala öz təşəkkürümüzü bildiririk.