12.05.2023

12-13 may 2023-cü il tarixlərində Astara rayon sakinləri üçün Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən 12-13 may 2023-cü il tarixlərində Astara rayon sakinləri üçün Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.

Aksiya çərçivəsində 183 nəfər müayinə olundu.

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri, dr. İbadov Samir, dr. Əzizi Hikmət və dr. Güllərov Orxan tərəfindən həyata keçirildi.
Aksiyada Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin və digər işçi heyəti iştirak etdi.