04.06.2024

30 may - 1 iyun 2024-cü il tarixləri arasında Çinin Çendu şəhərində Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyasının (APACRS) 36-cı illik toplantısı və CSCRS in 24 -cü toplantısı həyata keçirildi.

30 may - 1 iyun 2024-cü il tarixləri arasında Çinin Çendu şəhərində Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyasının (APACRS) 36-cı illik toplantısı və CSCRS in 24 -cü toplantısı həyata keçirildi.
Toplantının açılış mərasimi Çendu şəhərindəki ‘’Century City’’ Beynəlxalq Konqres Mərkəzində keçirildi.
Üç gün davam edən konfransda Azərbaycandan AOC-un sədr müavini dr.Yazgül Abdıyeva, ATU-nun Oftalmologiya kafedrasının dosenti Hafiz Qəhrəmanov, Göyçay rayonunun həkimləri Nuriyev Nurməmməd və Şəfaqət İmranova iştirak etdilər.
24-cü CSCRS (Çin Katarakt və Refraktiv Cərrahiyyə Cəmiyyəti) ilə birgə təşkil edilən bu 36-cı APACRS görüşündə dünyanın bir çox ölkələrindən gələn alim oftalmoloqlar və tədqiqatçılar öz sahələrində olan ən son elmi nailiyyətləri bölüşür və müzakirə edirlər.
Nəzərinizə çatdırım ki, APACRS-in (Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyası) il üzrə bütün fəaliyyətini nümayiş etmək üçün Asiya-Sakit okean regionunun müxtəlif ölkələrində illik konfranslar həyata keçirilir. Cəmiyyətin illik toplantısında Asiya-Sakit Okean bölgəsindəki həkimlər üçün uyğunlaşdırılmış və müvafiq olaraq diqqətlə hazırlanmış elmi proqram təqdim olunur. Proqrama dünyanın hər yerindən yüksək səviyyəli təqdim olunan mühim təcrübə materialları daxildir. Burada oftalmologiyada olan en son elmi yeniliklər, təcrübələr və tədqiqatlar nümayiş edilir.
APACRS illik toplantısı katarakt və refraktiv cərrahiyyə üzrə ən mühim regional görüşə və qlobal oftalmoloji təqvimdə ən mühim təhsil tədbirlərindən birinə çevrilib. Bu və digər fəaliyyətlər vasitəsilə APACRS dünya əhalisinin yarısından çoxunun katarakta və refraktiv cərrahiyyə ehtiyaclarına xidmət etmək üçün onları dünyanın başqa yerlərindən olan beynəlxalq tərəfdaşlarla bir araya gətirərək, regionun ən görkəmli yerli təşkilatları ilə sıx əməkdaşlıqda işləməyə davam edir.
36-cı APACRS-24-cü CSCRS tədbirdə APACRS -in prezidenti , prof. Yao Ke ,prof. Pannet Pangputhipong (Tayland), Dr.Ronald Yeoh (Sinqapur), Dr. Chan Wing Kwong (Organizing Chairman-Sungapore) ,dr. Hungwon Tchah (South Korea) ,Katie Chen ilə də (Executive Director, APACRS Secretariat Editorial Director, EyeWorld Asia-Pacific) görüşdük.