21.11.2022

Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində tibbi aksiya keçirilib

19 noyabr 2022-ci il tarixdə Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində tibbi aksiya keçirilib.

Ədliyyə işçiləri arasında oftalmoloji müayinələr aparılıb. Aksiya çərçivəsində 80 nəfər müayinə olunub. Refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.

Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Mirişova Mirana və dr. Nuriyeva Nuranə tərəfindən həyata keçirildi.