10.04.2023

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.


7 aprel 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.
Ədliyyə işçiləri arasında oftalmoloji müayinələr aparılıb.
Aksiya çərçivəsində 16-ı vətən müharibəsi iştirakçısı olmaqla ümumi 100 nəfər müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. Eyni zamanda, bir neçə işçi Mərkəz tərəfindən eynək ilə təmin olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Əliyeva Leyla, dr. İbrahimov Vüsal, rezident Ərəbov Emin tərəfindən həyata keçirildi.
Aksiyada Elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin rəhbəri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və digər işçi heyəti iştirak etdi.