22.12.2020

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycanda ilk dəfə olaraq 3 etaplı cərrahi əməliyyat aparılıb

Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə 6 dekabr 2020-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycanda ilk dəfə olaraq 3 etaplı cərrahi əməliyyat aparılıb: Müvəqqəti keratoprotezın vasitəsi ilə arxa vitrektomiya+retinektomiya+silikon yağın yeridilməsi və dəlib-keçən keratoplastika əməliyyatı icra edilib.


Qeyd edək sağ gözündə 3 etaplı cərrahi əməliyyat aparılan pasiyent Gəncə şəhərində ermənilər tərəfindən törədilən terror aktı zamanı yaralanmış və sol gözünü tam itirmişdir. Əməliyyat Dr. Kərimov Müşfiq və Dr. Ağayeva Fidan tərəfindən icra edilib.

Bununla əlaqədar olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və bütün heyətə təşəkkürümüzü bildiririk!