28.11.2019

Fransanın Nitsa şəhərində “SOE 2019” konqresi

Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Nitsa şəhərində keçirilən konqresdə çıxış ediblər.

İyunun 13-dən 16-dək Fransanın Nitsa şəhərində “SOE 2019” (“European Society of Ophthalmology 2019”) konqresi keçirilib.

Dünyanın bir çox yerindən oftalmoloqların iştirak etdiyi konqresdə azərbaycanlı mütəxəssislər, o cümlədən mərkəzin əməkdaşları məruzələrlə çıxış ediblər.

Konqresdə oftalmologiya sahəsindəki elmi yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edilib.

  1. Fidan Ağayeva - çıxışçı (Müəllif İbrahimova Sona)
  2. Abdıyeva Yazgül – poster presentation çıxış
  3. Əsədova Şəhla - iştirakçı
  4. Məsiyeva Zöhrə - iştirakçı
  5. Məmmədova Lalə - iştirakçı