Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə bayramı günü ilə əlaqədar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin böyük tibb bacısı Cəfərova Gülbahar Rasim qızı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərman ilə təltif edilib.
Bu münasibət ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AOC-un sədri, prof. Elmar Qasımov kollektiv adından Sevinc Cəfərovanı təbrik edərək, fəaliyyətində müvəffəqiyyətlər arzu edib.