Avropa Katarakt və Refraktiv Cərrahlar Cəmiyyətinin (ESCRS) 37-ci Konqresi 14-18 sentyabr 2019-cu il tarixlərində Parisdəki Expo Porte de Versailles 7-ci Pavilionda keçirildi. Qurultayda Avropanın hər yerindən gələn məşhur refraktiv cərrahların məruzələri və təqdimatları təqdim edildi. Həm də konqres zamanı gənc cərrahlar üçün müxtəlif mövzularda bir çox praktik kurslar keçirildi. Mərkəzimizdən konqresdə t.ü.f.d.Mirişova Mirana, t.ü.f.d.Məhərrəmov Polad, Bayramova Humay, Həsənova Rəvanə, Novruzlu Şahin, Məsiyeva Zöhrə, Əliyeva Sidiqə, Quliyeva Sevinc iştirak etdilər. Əliyeva Sidiqə tərəfindən “Photorefractive keratectomy with simultaneous corneal cross-linking for the treatment of keratoconus” və “Corneal cross-linking in paediatric patients” mövzularında çıxış və elektron poster təqdim edildi. T.ü.f.d. Abdiyeva Yazgül tərəfindən «The prevalence of hypermetropia among children in settlements of different types» adlı elektron poster təqdim edildi.