13 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq “Qlaukoma Həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd qlaukoma xəstəliyinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, bu sahədə əldə olunan son elmi nailiyyətlərin paylaşılması, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi və praktiki təcrübə mübadiləsinin aparılması olub.
Konfransda Azərbaycanla yanaşı Türkiyə, Hindistan, İsveçrə, Böyük Britaniya, Sinqapur və Rusiya Federasiyasından olan mütəxəssislər iştirak edib, həmçinin bəzi məruzəçilər tədbirə Zoom platforması vasitəsilə onlayn qoşulublar.
Konfrans Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elm üzrə direktor müavini, t.e.d., dosent Hicran Namazovanın giriş sözü ilə başlayıb.
Konfrans çərçivəsində Prof. Dr. Ümit Ekşioğlu, t.ü.f.d. Fidan Ağayeva, t.ü.f.d. Səbinə Məcidova, t.ü.f.d. Mətanət Əfəndiyeva, t.ü.f.d. Sona İbrahimova, t.ü.f.d. Gülnarə Məmmədova, Dr. Prasanna Vekantesh Ramesh, Prof. Tarek Shaarawy, t.ü.f.d., dos. Qurban İsmayılov, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Fərəh Abdulləliyeva, t.ü.f.d. Lalə Axundova, Dr. Sevda Hümmətova, Prof. Keith Barton, Dr. Lalə Məmmədova, Dr. Claire Peterson, Dr. Məhərrəm Pirmətov, Prof. Aleksey Yeqorov, Dr. Günay Rüstəmbəyova, Dr. Günel Sayılova çıxış edərək öz elmi və praktiki təcrübələrini bölüşüblər.