25.10.2019

Şəkidə baş tutmuş regional konfrans

25 oktyabr 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının açılması münasibətilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin «Respublikanın regionlarında oftalmologiyanın inkişafı, problemləri, nailiyyətləri» mövzusunda VII regional konfransı keçirildi. Konfransı giriş nitqi ilə professor Elmar Qasımov və Elxan Usubov açdı. Daha sonra Elmar Qasımov tərəfindən qonaqlara mükafat və hədiyyələr təqdim olundu. Mühazirələr dinlənildi.