05.05.2023

Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileyləri ilə bağlı Milli Oftalmologiya Mərkəzi və TƏBIB tabeçiliyində olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə tibbi aksiya və konfrans keçirildi


4 may 2023-cü il tarixində Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileyləri ilə bağlı Milli Oftalmologiya Mərkəzi və TƏBIB tabeçiliyində olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə tibbi aksiya və konfrans keçirildi.
Konfransda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati- metodik bölməsinin müdiri, t.ü.f.d. Yazgül Abdıyeva "Azərbaycanın ictimai-siyasi həyatında iz buraxmış, görkəmli alim Zərifə Əliyevanın həyat yolu barəsində”, "Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Emin Hüseyn "Zərifə Əliyeva və onun tibbǝ - oftalmologiya sahəsinə, gətirdiyi yeniliklər göz xəstəliklərində uğurlu müalicənin tətbiqi sayəsində respublikada traxoma xəstəliyinin aradan qaldırılması və uğurlu tədqiqatları", Şamaxı RMX-nın İlkin Səhiyyə xidmətinin şöbə müdiri Leyla Bəkirova "Zərifə xanım Əliyevanın fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələr" mövzusunda çıxış etdilər.
Aksiyada şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrdən olan şəxslər iştirak etdilər. Müasir avadanlıqlar vasitəsilə pasientlərin kompleks şəkildə göz müayinəsi aparılıb, görmə itiliyi, göz təzyiqi, göz dibi xəstəlikləri yoxlanılıb və onlara müvafiq olaraq müalicələr təyin olunub.
Aksiya çərçivəsində 68 nəfər müayinə olundu. 68 nəfərdə refraksiya patologiyası aşkar olundu. Müayinələr əsasında retinopatiya, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Rüstəmbəyova Günay, dr. Nəbiyeva Aynur tərəfindən həyata keçirildi.
Aksiyada elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin müdiri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin və digər işçi heyəti iştirak etdi.