10.09.2020

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəydə tibbi aksiya keçirdi.


10 sentyabr 2020-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayon sakinlərinə tibbi xidmət göstərdi. Aksiya çərçivəsində 78 nəfər müayinə olundu. Aparılan müayinələr nəticəsində pasiyentlərdə daha çox refraksiya patologiyası konyunktivit, presbiopiya, katarakta və s. diaqnozlar aşkarlandı.
Ehtiyacı olan pasientlərə dərman yardımı verildi.

Aksiya koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirildi.

Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, göz xəstəlikləri ilə monitorinq aparmaq və lazımi tədbirlərin görülməsinə dəstək olmaqdır.