21.02.2021

Türk Cümhuriyətləri Oftalmoloji Dərnəyinin Vebinar görüşü keçirildi


21 fevral tarixində Prof. Öner Gelişkən və Prof. Suleyman Kaynak başkanlığı ilə Türk Cümhuriyətləri Oftalmoloji Dərnəyinin Vebinar görüşü keçirildi. Görüşdə Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Azərbaycandan peşəkar mütəxəssislər iştirak edirdi.
Akad. Zərifə Əliyeva adına MOM-dan, t.ü.f.d. Fidan Ağayeva “Keratits: diagnosis and management” mövzusunda çıxış etdi. Sual və təkliflər səsləndirildi.