6-7 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və ADY Qapalı Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü ilə, Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiyası Dəmiryol Səyyar Klinika tərəfindən Xaçmaz rayonunda keçirilmişdir.
Aksiya çərçivəsində 100 nəfərə gədər pasiyent müayinə olunub. Müayinələr əsasında refraksiya patalogiyası, katarakta, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd, əhaliyə yerində xidmət göstərərək görmə patologiyalarının erkən mərhələlərdə dəqiq diaqnozunu qoymaq, bu patologiyaların müvafiq müalicə ilə həllinə dəstək vermək və göz sağlamlığını qorumaq üçün lazımi müayinə və müalicə tədbirlərini tətbiq etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi t.ü.f.d. Əhmədova Aybəniz və dr. Əhmədova Gülmin tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin əməkdaşı Gurbanova Leila iştirak edirdilər.