20-24 noyabr 2024-cü il tarixlərində Türk Oftalmoloji Dərnəyinin 58-ci konfransı Türkiyə, Antalya şəhərində keçirildi.
Kongresdə 2500-dən çox iştirakçını bir araya gətirən bu mötəbər konfrans oftalmologiya sahəsində yeniliklərin, araşdırmaların və elmi nailiyyətlərin müzakirə olunduğu əhəmiyyətli bir platformadır.
Konfransda Azərbaycandan 30 nəfər oftalmoloq iştirak edib. Onlar həm elmi təcrübələrini bölüşüb, həm də müxtəlif ölkələrdən gələn mütəxəssislərdən yeni biliklər və yanaşmalar öyrənərək öz peşəkar fəaliyyətlərini zənginləşdiriblər.
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarından “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini” t.e.d. Abdıyeva Yazgül və t.ü.f.d. Məhərrəmov Polad iştirak ediblər.
Kongresdə həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri t.ü.f.d., dos. İsmayılov Qurban, dr. Xalıqverdiyeva Günel, dr. Babayeva Leyla, dr. Həsənova Firuzə, dr. Quliyev Anar, dr. Qəlbinur Ayan, dr. Məmmədov Ruslan, dr. Təhməzov Səlahəddin, dr. İbrahimova Xumar, dr. İbrahimova Kəmalə, dr. Nərgiz İsmayılova dr. Nərgiz Bədəlova və digər həkimlər iştirak ediblər.