22.08.2020

21 avqust 2020-ci il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi.

21 avqust 2020-ci il tarixində mütəmadi olaraq hər ay keçirilən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi.

Toplantı (vebinar) Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə, alimlərlə birgə həyata keçirildi.
Vebinarda Akad. Zərifə Əliyeva adına MOM-dan, digər təşkilatlardan, Yevlax, Şəki, Gəncə, Bərdə, Mingəçevir, Masallı, Göyçay, Ağdamın Quzanlı qəsəbəsi, Neftçala və respublikamızın digər regionlardan oftalmoloqlar və eləcədə Türkiyədən TCOD-un sədri Sunay Duman və digər mütəxəssislər iştirak etdi.
Dr. İmran Carullazadənin moderatorluğu ilə keçirilən vebinarda 5 məruzə dinlənildi.
Toplantıda mütəxəssislər tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi.
Məruzələr Avrasiya Hospitaldan Dr. İmran Carullazadə tərəfindən “Ptoz və onun müalicəsi”, Türkiyədən toplantıya qoşulan Doç.Dr. Pelin Kaynak tərəfindən “Entropium, Ektropium”, Doç.Dr. Bengü Ekinci Köktekir tərəfindən “Belefaroplasti” , Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, t.ü.f.d. Ruhəngiz Balayeva tərəfindən “Göz qapaqlarının bədxassəli törəmələri” və t.ü.f.d. Günay İbrahimzadə tərəfindən “Dəri autograftının istifadəsi ilə göz qapaqlarının rekonstruksiyası” mövzuları əsasında müzakirə edildi. Suallar və təkliflər səsləndirildi.