12.03.2022

Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktiki konfransı keçirildi.

11 mart 2022-ci il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktiki konfransı keçirildi.  

Konfransda Türkiyədən, regionlardan, digər təşkilat və Mərkəzdən həkim heyəti iştirak etdi. Azərbaycandan tanınmış alimlər, o cümlədən Türkiyədən  Doç.dr. Banu Solmaz, Prof.dr.Ilgaz Yazvac və digər mütəxəssislər iştirak etdilər.   

T.e.d. Namazova Hicran, t.e.d. Bağırov Nizami,  t.ü.f.d. Əhmədova Aybəniz,  Dr. Həsənov Cəmil,  t.ü.f.d. Əfəndiyeva Mətanət, t.ü.f.d. Həsənova Nigar,  t.ü.f.d. Məhərrəmov Poladın moderatorluğu ilə keçirilən konfransda 12 məruzə dinlənildi.

T.ü.f.d. Həsənova Nigar tərəfindən “pediatrik qlaukoma – 14 ilin nəticələri”, dr. Banu Solmaz tərəfindən  “Gloukom tanı yöntemleri ve karşılaşılan sorunları”, dr. Həsənov Cəmil tərəfindən “Qlaukoma drenaji implantasiyasından sonra rast gəlinən fəsadlar”, t.ü.f.d. Əfəndiyeva Mətanət tərəfindən “Covid 19-un göz daxili təzyiqə təsiri. Kliniki müşahidə”, t.ü.f.d. Məcidova Səbinə tərəfindən “Birincili və ikincili uveal qlaukoma zamanı sistem və lokal sitokin statusun müqayisəli qiymətləndirilməsinin  nəticələri”, t.ü.f.d. Əliyev Xalid tərəfindən  “Gsd-nin qlaukomatoz dəyişiliklərinin differensial diaqnostikasında okt-nin praktik əhəmiyyəti”, dr. Ilgaz Yalvac tərəfindən “Artificial intelligence and glaucoma”, t.ü.f.d. Məmmədova Gülnarə tərəfindən “Yüksək dərəcəli miopiyalı xəstələrdə qlaukoma”, dr. Pirmətov Məhərəm tərəfindən “Müxtəlif dərəcəli bucaq pirmentasyası olan ilkin açıq bucaqlı qlaukoma xəstələrində selektiv lazer trabekuloplastikanın uzun müddətli nəticələri”, dr. İbrahimova Sona tərəfindən “Qlaukomanın diaqnostikası və proqressiyasının analizində okt-nın rolu” , dr. Quliyeva Səbinə tərəfindən “Uşaqlarda steroid qlaukoması”, dr. Feyziyeva Könül tərəfindən “Uveal ikincili qlaukoma” (klinik hal) mövzuları məruzə edildi.

Konfransın məqsədi qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışmaq və yeni innovativ müalicə üsullarından bəhs etmək idi.

Konfransda mütəxəssislər tərəfindən, öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi. Suallar və təkliflər səsləndirildi.