14 aprel 2023-ci il tarixində Akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Binəqədi rayonunun, Xocasən qəsəbəsində şəhid ailələri və qazilələr üçün Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Hacıyeva Ruhiyyə, dr. Muradova Mətai, rezident Manafov Samir tərəfindən həyata keçirildi.
Aksiyada elmi-məlumat, tədris və təşkilat-metodik bölmənin müdiri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural iştirak və digər işçi heyəti iştirak etdi.