02.07.2024

1 iyul 2024-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) və Türk Cumhuriyyeti Oftalmoloji Dərnəyi ilə (TCOD) birgə ZOOM toplantısı keçirildi.

1 iyul 2024-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) və Türk Cumhuriyyeti Oftalmoloji Dərnəyi ilə (TCOD) birgə ZOOM toplantısı keçirildi. Toplantıda 25-26 oktyabr 2024-cü il tarixində TCOD və AOC-un işbirliyi əsasında keçirilməsi nəzərdə tutulmuş konfransın mövzuları, təşkilati məsələlər üzrə müzakirə və bununla yanaşı maraqlı fikir və təkliflər səsləndi. İclasda Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı Sunay Duman, TCOD Genel Başkanı Prof. Öner Gelişken, Prof. Züleyxa Yalnız Akkaya, Prof. Gürsel Yılmaz, dr. Umay Güvenç həmçinin Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini t.e.d. Hicran Namazova, AOC-un sədr müavini Yazgül Abdıyeva, AOC GO Komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli və digər həmkarlar onlayn toplantıda iştirak etdilər.