19.03.2019

14 mart 2019-cu il, Bakı şəhəri.

14 mart 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçiridi. Konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı  fikir mübadiləsi aparıldı. Həmçinin oftalmoloqlar qlaukoma ilə bağlı çıxışlarını təqdim etdilər. Konfransda “Qlaukomanın inkişafının təhlili”, “Göz travmaları nəticəsində yaranan qlaukoma”, “Qlaukomalı pasiyentlərin monitorinqində Heydelberq retinotomoqrafiyanın rolu”, “Qlaukoma ilə assosiasiya olan tor qişanın xəstəlikləri – maraqlı kliniki hallar”,  və s. mövzular dinlənildi.