22.05.2024

16-17, 20-21 may 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 iliyinə həsr olunmuş Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Bakı Dövlət Universitetində tibbi aksiya keçirib.


16-17, 20-21 may 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 iliyinə həsr olunmuş Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Bakı Dövlət Universitetində tibbi aksiya keçirib.
Dördgünlük aksiya çərçivəsində 500-dək tələbə və müəllim oftalmolojı müayinə olunub.
Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd görmə patologiyalarının erkən aşkarlanması vasitəsilə diaqnoz qoyulmamış və ya müalicə olunmamış göz xəstəliklərindən yarana biləcək potensial problemlərin qarşısını almaqdır. Həmçinin tələbələr və professor-müəllim heyəti arasında mütəmadi olaraq göz müayinəsi və profilaktik tədbirlərin əhəmiyyəti haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.
Aksiya zamanı göstərilən müayinə və müalicə vasitəsitələri pasiyentlərin həyat keyfiyyətinin və ümumi rifahın yaxşılaşmasına səbəb olur.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri t.ü.f.d. Mirişova Mirana,  t.ü.f.d. Səfəropva Aygün, dr. Nuriyeva Nuranə, dr. Həsənova Rəvanə, dr. Əliyev Sidiqə, dr. Əliyeva Sidiqə, dr. Nəbiyeva Aynur və rezident Ərəbov Emin tərəfindən həyata keçirildi.
Eyni zamanda Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin , mühəndis Hüseynov Tural və təşkilat şöbəsinin işçiləri Qurbanova Leyla Yusifova Züleyxa iştirak edirdilər.