17.06.2023

Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev tibb sahəsində xidmətləri ilə fərqlənən bir qrup şəxsə "Səhiyyə əlaçısı" döş nişanını təqdim edib və onları təbrik edib


17 iyun Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev tibb sahəsində xidmətləri ilə fərqlənən bir qrup şəxsə "Səhiyyə əlaçısı" döş nişanını təqdim edib və onları təbrik edib.
Tibb sahəsində yüksək xidmətləri olan tibb işçilərindən, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları da- T.ü.f.d. Yazgül Abdıyeva, dr. Məmmədbəyli Aygün, dr. İbadov Samir, dr. Həsənov Elçin, t.ü.f.d. M. Səbinə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunublar.
Onlar cənab nazir Teymur Musayevə verdiyi bu qiymətə görə təşəkkür edib və dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildiriblər.
Həmiçinin Prezident İlham Əliyevin 16 iyun tarixində imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.e.d. Namazova Hicran və t.ü.f.d. Kərimov Müşfiq “Tərəqqi” medalı ilə təltif edilsinlər.