23.11.2023

20 noyabr 2023-cü il tarixində seminar keçirildi.

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin  WET-LAB bölməsinin müdiri t.ü.f.d. Əfəndiyeva Mətanət tərəfindən “Görmə sahəsi: artefaktlar və onların alınma səbəbləri” adlı seminar keçirildi. Seminarın məqsədi artefaktların yaranma səbəblərini öyrənməkdir. Ümumi olaraq, seminarda  Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən və digər tibb müəssisələrindən 60 nəfər həkim-oftalmoloq iştirak etmişdir.