22.06.2022

22 iyun Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5 illik yubileyidir.
Azərbaycan Oftalmoloqlar Cəmiyyəti 10 dekabr 1920-ci ildə yaranmışdır. 1977-ci ildə əməkdar elm xadimi, tibb elmləri doktoru, AMEA-nın akademiki Zərifə Əliyevanın təklifi və rəhbərliyi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti (SSRİ) İdarə Heyətinin plenumu keçirilmişdir. 1946-ci ildə elmi-tədqiqat işləri məqsədyönlü yaradılan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aparılmağa başlamışdı və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətinə təkan vermişdi.
Müstəqil Azərbaycan Respublikasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təkrari qeydiyyatı 22 iyun 2017-ci ildə olunmuşdur. Hal-hazırda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətinə - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Elmar Qasımov sədrlik edir.
Azərbaycan oftalmologiyası öz inkişaf dövrünü yaşayır. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti olaraq bu sahənin daha da inkişaf tendensiyasını yüksəltmək üçün hər bir gənc kadra dəstək olur, oftalmologiya sahəsindəki yenilikləri, nailiyyətləri hər bir həmkarımıza aşılamaq üçün konfranslar təşkil edilir.
Belə ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə bir sıra beynəlxalq, regional konfranslar, seminarlar və vebinarlar keçirilib. Xüsusilə gənc oftalmoloqların inkişafında, oftalmologiyada yeni innovasiyaların meydana çıxmasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin rolu danılmazdır.
Bundan əlavə oftalmoloqların cərrahiyyədə bilik və bacarıqlarının inkişafı üçün Cəmiyyət tərəfindən wetlab kursları təşkil edilmiş və bir çox oftalmoloqlarımız cərrahi bacarıqlara yiyələnmişlər.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5 illik yubileyi münasibətlə təbrik edir, fəaliyyətinin daim olmasını arzu edirik!