28.04.2024

26-27 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 iliyinə həsr olunmuş Milli Oftalmologiya Mərkəzinin Dəmir yol Səyyar klinikası Balakən rayon vağzalında tibbi aksiya keçirib.

Aksiya çərçivəsində isə 68 nəfər müayinə olundu. Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərərək, onların görmə patologiyasının erkən diaqnostikasını aşkar edərək həll olunmasına köməklik göstərmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir. Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialın həkimi dr. Həmidov Elsəvər və həkim-rezident Manafov Samir tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Ruslan Quliyev və tibb bacısı Türkan Hüseynova və Rüstəmzadə Aytac iştirak edirdilər.