28.04.2024

26 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə akad. Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “101 ağac əkək” aksiyası keçirilib.


26 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “101 ağac əkək” aksiyası çərçivəsində ağac əkmə tədbiri keçirildi.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Aksiya zamanı ümumilikdə 101 ədəd ağac əkildi. Beləliklə aksiya çərçivəsində atmosfer oksigenlə zənginləşdirilərək, ətraf mühitin mühafizəsinin təmin edilməsinə töhfə verildi.