28.04.2024

28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd oftalmologiyada baş verən ən son yenilikləri, aktual məsələlər və müasir aspektləri müzakirə etməkdir.
Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıb.
O, görkəmli oftalmoloq alim, ictimai xadim, Akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən, oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.
Daha sonra Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova Zərifə xanım Əliyevanın elmi yaradıcılığından söz açıb.
Konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan professorlar və gənc oftalmoloqlar iştirak edib.
Eyni zamanda konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiyadan və Türkiyədən gəlmiş qonaqlar iştirak edərək məruzə ilə çıxış ediblər.
Konfransda t.ü.f.d. Abdıyeva Yazgül, t.ü.f.d. Axundova Lalə, Dos. İsmayılov Qurban, Dr. Əkbərova Aysel, prof. Hacıyev Rasim, prof. Selina Olga, Dr. Babayeva Dilarə, Dr. Kramarenko Yevgeniya, Dr. Əlihüseynli Emin, Prof. Levent Akçay, Prof. Məltəm Söylev Bajin, Dr. Bayramova Humay, Dr. Əliyeva Günay, t.ü.f.d. Əsədova Şəhla, Dr. Carullazadə İmran, t.ü.f.d. Məcidova Səbinə, Dr. Feyziyeva Könül və Dr. Rəcəbli Rövşən tərəfindən məruzələr dinlənilib.