01.06.2021

31 may 2021-ci il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) vebinar toplantısı keçirildi

31 may 2021-ci il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) vebinar toplantısı keçirildi. Toplantı “Müxtəlif refraksion patologiyalar zamanı müasir yanaşma” mövzusunda keçirildi.
Vebinar Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislərlə, alimlərlə birgə keçirildi. Vebinarda Akad. Zərifə Əliyeva adına MOM-dan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan və eləcə də Türkiyədən professorlar və gənc oftalmoloqlar iştirak etdi.
Vebinarda Azərbaycandan tanınmış alimlər, o cümlədən Türkiyədən Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı, Dr. Sunay Duman və digər mütəxəssislər iştirak etdi.
Prof. Dr Dilek Dursun Altınörsün moderatorluğu ilə keçirilən vebinarda 3 məruzə dinlənildi.
Vebinarda Türkiyədən Prof. Dr Dilek Dursun Altınörs tərədindən “Kovid dönemi günlük kontakt lensler”, Akad. Zərifə Əliyeva adına MOM-dan t.ü.f.d. Mirana Mirişova tərəfindən “Subklinik keratokonus pasiyentlərdə Fotorefraktiv Keratektomiya və Korneanın Krosslinkingi texnologiyasının effektivliyi”, cəraah oftalmoloq, dr. Rəvanə Həsənova tərəfindən isə “Divergensiya yetmezliyi zamanı taktika nece olmalı” mövzularında məruzələr dinlənildi. Suallar və təkliflər səsləndirildi.