08.06.2023

APACRS-in (Asia-Pacific Assiciation of Cataracat & Refractive Surgeons) 35-ci illik konfransı Sinqapurda Suntec Konqres Mərkəzində keçirildi

8-10 iyun 2023-cü il tarixlərində APACRS-in (Asia-Pacific Assiciation of Cataracat & Refractive Surgeons) 35-ci illik konfransı Sinqapurda Suntec Konqres Mərkəzində keçirildi.

Konfransda bir çox ölkələrdən eləcə də Azərbaycandan oftalmoloq-alimlər iştirak edib.
Konfransda t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Şəhla Əsədova, t.ü.f.d. Bənövşə Hacıyeva, t.ü.f.d. Nərminə Hacıyeva, dr. Rəvanə Həsənova, dr. Sona İbrahimova və dr. Humay Bayramova iştirak ediblər.

T.ü.f.d. Yazgül Abdıyevanın, t.ü.f.d. Mirana Mirişovanın, dr. Sona İbrahimovanın, dr. Humay Bayramovanın və dr. Rəvanə Həsənovanın e-poster təqdimatı olub.
APACRS-in (Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyası) il üzrə bütün fəaliyyətini nümayiş etmək üçün konfranslar həyata keçirilir. Cəmiyyətin illik toplantısında Asiya-Sakit Okean bölgəsindəki həkimlər üçün uyğunlaşdırılmış və müvafiq olaraq diqqətlə hazırlanmış elmi proqram təqdim olunur. Proqrama dünyanın hər yerindən yüksək səviyyəli təqdim olunan mühüm təcrübə məlumatları daxildir. Burada oftalmologiyada olan elmi yeniliklər, təcrübələr nümayiş edilir. İllik konfranslar Asiya-Sakit okean regionunun müxtəlif ölkələrində keçirilir.
Tədbirdə APACRS -ın prezidenti , prof. Yao Ke, prof. Pannet Pangputhipong (Tayland), dr. Ronald Yeoh (Sinqapur), ASCRS-ın prezidenti Elizabeth Yeu, dr. Chan Wing Kwong (təşkilat sədri) , dr. Hungwon Tchah (Cənub Korea) və digər alimlərlə görüşülüb.

Konfransdan sonra akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova və dr. Sona İbrahimova Sinqapur Milli Göz Mərkəzini ziyarət ediblər. Mərkəzin səlahiyyətli şəxsi tərəfindən müşayiət olunan oftalmoloqlarımız Sinqapur Milli Göz Mərkəzinin yaranması və fəaliyyəti ilə tanış olublar.

 Belə ki, Sinqapur Milli Göz Mərkəzi (SNEC) 3 mart 1989-cu ildə yaradılmış və 1990-cı ilin oktyabrında fəaliyyətə başlamışdır. SNEC 80-ə yaxın oftalmoloqdan ibarət fakültə ilə keyfiyyətli təhsil və tədqiqata diqqət yetirməklə ixtisaslaşmış oftalmoloji xidmətlərin göstərilməsinə rəhbərlik edir və əlaqələndirir.

SNEC 4 xəstəxana, 5 milli ixtisas mərkəzi, 8 ilkin səhiyyə poliklinikası və 3 icma xəstəxanasından ibarət Sinqapur Sağlamlıq Xidmətləri (SingHealth) akademik klasterinin bir hissəsidir.
SNEC yüksək standartlar və nəticələri təmin etmək üçün cərrahiyyənin tədrisi və monitorinqi üçün hər bir böyük əməliyyatı həyata keçirən dünyada bir neçə qurumdan biridir.
SNEC qlaukoma, katarakta və miopiya kimi əsas göz xəstəliklərinin səbəbləri və müalicəsi ilə bağlı kliniki tədqiqatlarda fəal iştirak edir.

Görüş zamanı akad. Zərifə Əliyeva adına Milli Oftgalmologiya Mərkəzi və Sinqapur Milli Göz Mərkəzininin mütəxəssisləri oftalmoloji yeniliklərdən bəhs edərək, qarşılıqlı təcrübələrini bölüşüblər.
Həmçinin t.ü.f.d. Yazgül Abdıyeva akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və regional filiallarının fəaliyyətindən və onun haqqında çəkilən video-rolik haqqında məlumat verdi. T.ü.f.d. Mirana Mirişova Mərkəzimizdə həyata keçirilən Excimer-lazer əməliyyatından, dr. Sona İbrahimova isə Qalukoma xəstəliyinə qarşı həyata keçirdiyimiz fəaliyyətimizdən geniş bəhs etdilər.