27.02.2023

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən ADA universitetinin tələbələri üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya və seminar keçirildi.

24 fevral 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən ADA universitetinin tələbələri üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya və seminar keçirildi.

Seminarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim- oftalmoloqu Sona İbrahimova, ADA Universitetinin təşkilat nümayəndəsi Mehdi Hüseynov və ADA Universitetinin xarici tələbəsi James Ezimoha çıxış etdilər.
Aksiya çərçivəsində 120 nəfər müayinə olundu. 95 nəfərdə refraksiya patologiyası aşkar olundu. Presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdən ibarətdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. İbrahimova Sona, dr. Nuriyeva Nuranə, rezident Qasımova Cəmilə və digər işçi qrupu tərəfindən həyata keçirildi.