31.10.2023

AMEA-da Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş beynəlxalq konfrans keçirildi

30-31 oktyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi keçirilib.
Açılış mərasimi AMEA-nın Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Açılış mərasimindən öncə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Konfransı giriş sözüylə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açdı.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar əlm xadimi, professor Elmar Qasımov, akademik Zərifə xanım Əliyevanın çoxşaxəli irsi, misilsiz xidmətləri və oftalmologiya elminin inkişafındakı müstəsna rolu haqqında çıxış edib.
O, daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin geniş miqyaslı xidmətlərindən, Səyyar Klinikanın bölgələrdəki əhəmiyyətindən və “WETLAB” kurslarının rolundan söz açıb.
Konfrans Prof. Hacıyev Rasim, t.e.d. dos Rüstəmova Nazilə, t.e.d. dos Ağayeva Rəna, t.e.d. dos Namazova Hicran, t.e.d. Bağırov Nizami, t.ü.f.d. Məcidova Səbinənin moderatorluğu ilə həyata keçirildi.
Konfransda t.e.d. Namazova Hicran, t.ü.f.d. Əsədova Şəhla, t.ü.f.d. Mirişova Mirana, t.ü.f.d. Hacıyeva Bənövşə, t.ü.f.d. Əfəndiyeva Mətanət, t.ü.f.d. Məmmədzadə Afət, t.ü.f.d. Məcidova Səbinə, t.ü.f.d. Həsənov Cəmil, t.ü.f.d. Həsənova Nigar, t.ü.f.d. Məmmədova Gülnarə, t.ü.f.d. Axundova Lalə, t.ü.f.d. Balayeva Ruhəngiz, t.ü.f.d. Salmanova Sevinc, t.ü.f.d. Məhərrəmov Polad, dr. İbrahimova Sona, dr. Feyziyeva Könül, dr. Həsənova Rəvanə, dr. Əliyeva Leyla, dr. Əliyeva Sidiqə, dr. Ülkər İsmayılova, dr. Pirmətov Məhərrəm, çıxışçı olaraq iştirak ediblər.