18.09.2020

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi

18 sentyabr 2020-ci il tarixində mütəmadi olaraq hər ay keçirilən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı keçirildi. Toplantı zamanı məruzələr “torlu qişanın arxa seqmentinə” aid idi. 

Toplantı (vebinar) Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə, alimlərlə birgə həyata keçirildi.
Vebinarda Akad. Zərifə Əliyeva adına MOM-dan, digər təşkilatlardan, respublikamızın regionlardan oftalmoloqlar və eləcədə Türkiyədən TCOD-un sədri Sunay Duman və digər mütəxəssislər iştirak etdi.

Dr. Tural Qəlbinurun moderatorluğu ilə keçirilən vebinarda 3 məruzə dinlənildi.
Toplantıda mütəxəssislər tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi.

Məruzələr Dos. Dr. Tural Qəlbinur  tərəfindən “Subretinal törəmənin xaric olunması”, Türkiyədən toplantıya qoşulan Prof. Dr. Levent Karabaş tərəfindən “Diabetik retinopatidə cerrahi tedavi”, Akad. Zərifə Əliyeva adına MOM-dan, t.ü.f.d. Axundova Lalə tərəfindən “Vitreoretinal cərrahiyədə orbital qanaxmanın yaranması”  mövzuları əsasında müzakirə edildi. Suallar və təkliflər səsləndirildi.