04.08.2023

Amerika Oftalmoloqlar Akademiyasının Qlobal Gənc Oftalmoloqların Zirvə görüşü

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin katibi gənc oftalmoloq Lalə Şahin qızı Məmmədova 2 avqust tarixində Amerika Oftalmoloqlar Akademiyasının Qlobal Gənc Oftalmoloqların Zirvə görüşündə Azərbaycan Oftalmoloqlar Cəmiyyəti Gənc Oftalmoloqlar Komitəsini və Türkiyə Cümhuriyyəti Oftalmoloji Dərnəyini Azətbaycan təmsilçisi kimi təmsil etmişdir.
Toplantıda Amerika Birləşmiş Ştatları, Hindistan, Banqladeş, Cənubi Afrika, Türkiyə, Sinqapur və digər ölkələrin Gənc Oftalmoloqlar Cəmiyyətlərinin öndəgedən gəncləri müxtəlif aktual mövzuları müzakirə etdilər.
Toplantıda aktual olan mövzu “Sustainability in Ophthalmology”,ümumdünya gənc oftalmoloqların təhsil proqramları, ümumdünya konqreslərin təşkilində gənc oftalmoloqların rolu, ABŞ-da keçiriləcək Qlobal Summitin gənc oftalmoloqlar üçün üstünlükləri və digər başqa məsələsər aktiv müzakirə edildi. Gələcəkdə tətbiq edilmək üzərə qərarlar qəbul edildi.
Gənc oftalmoloqumuzun belə vacibli tədbirdə iştirak etməsinə görə onu təbrik edir. Gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.