03.04.2023

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Sumqayıt şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində tibbi aksiya keçirildi.


31 mart 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Sumqayıt şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində az təminatlı ailələr üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.

Aksiya çərçivəsində 104 nəfər müayinə olundu. 95 nəfərdə refraksiya patologiyası aşkar olundu. Presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. Mərkəz tərəfindən bir neçə sakin eynək ilə təmin olundu.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarətdir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Leyla Əliyeva, dr. Gülnar Əliyeva, rezident Samir Manafov tərəfindən həyata keçirildi.
Aksiyada Elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin rəhbəri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural iştirak etdi.