17.04.2023

Bakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib.


14 aprel 2023-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib.
Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətlərindən bəhs edib.
Konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.e.d. Hicran Namazova, professor Rasim Hacıyev və t.ü.f.d. Mirana Mirişova çıxış etdi.
Konfransda akademik Zərifə Əliyevanın yaradıcılığından, elmi fəaliyyətindən, günümüzə verdiyi töhfələrdən bəhs edildi.