22.11.2022

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirildi.

19-20 noyabr 2022-ci il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirildi. İki gün davam edən əməliyyatlarda müxtəlif patologiyalı 21 xəstəyə buynuz qişa köçürüldü. Qeyd edək ki, əməliyyat texnikasının çətinliyini və həcmini nəzərə aldıqda ölkəmizdə bir ilk olaraq bir gündə 13 xəstəyə buynuz qişa transplantasiyası əməliyyatı icra edildi. Əməliyyatlar dr. Həsənov Cəmil tərəfindən həyata keçirilib. Əməliyyatda anestezioloq Haqverdiyev Fərhan, əməliyyat tibb bacısı Cəfərova Esmira, anestezist tibb bacıları Mövlamlı Fidan və Nadirova Xəyalə iştirak edib.