18-19 yanvar 2023-cü il tarixində Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə növbəti tibbi aksiya Gəncə şəhəri 4 nömrəli orta məktəbdə keçirildi.
Aksiya çərçivəsində 530 nəfər müayinə olundu. 132 patologiya aşkar olundu.
Məktəblilərin dərsdən sonra həkimə müraciət etmək üçün vaxtlarının məhdudluğunu nəzərə alaraq həmin zamana qənaət etmək üçün müayinələr səyyar formada keçirildi.
Aksiyanın keçirilməsində məqsəd korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarətdir. Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialın həkim-oftalmoloqu Elçin Əsgərov tərəfindən həyata keçirildi.